“Azərreyl”dən birinci oyunda qələbə

Bu gün qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında pley-off mərhələsinə start verilib.

Sports.az xəbər verir ki, GİN-in Voleybol Mərkəzində təşkil olunan yarımfinal çərçivəsində ilk olaraq meydançaya kişi komandaları çıxıblar.

İlkin mərhələnin lideri “Azərreyl” klubu MOİK-lə üz-üzə gəlib. Oyun “Azərreyl”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Ardınca qadınların yarımfinalında “Azərreyl” və “Gəncə” komandaları qarşılaşıblar. Maraqlı mübarizədə keçən bu matçda ilkin mərhələnin lideri “Azərreyl”in 3:0 hesablı qələbəsi qeydə alınıb.
Beləliklə, “Azərreyl”in həm qadın, həm də kişi komandası yarımfinalda ilk qələbəsini qazanıb. Bu komandalar arasında ikinci oyun aprelin 17-də keçiriləcək. Reqlamentə əsasən yarımfinal mərhələsi iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (setlər də bərabər olarsa), finala vəsiqənin sahibi Qızıl setdə müəyyənləşəcək.

Qeyd edək ki, digər yarımfinalçılar ilk oyunlarına sabah çıxacaqlar.

Yarımfinal (birinci oyun)
15 aprel

Kişilər
“Azərreyl” MOİK 3:0 (25:15, 25:17, 25:12)

Qadınlar
“Azərreyl” - “Gəncə” 3:0 (25:19, 25:20, 25:20)

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar