Haland 2022-ci ildə “Barselona”ya keçə bilərmiş…

“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland 2022-ci ilin yayında “Barselona”ya keçməyə razılaşsa da, Kataloniya klubunun maliyyə fəsadları səbəbindən transfer tamamlanmayıb.

Sports.az xəbər verir ki, “Barselona”dan Halandın düşərgəsi ilə ilk təmaslar 2021-ci ilin aprelində başlayıb.

Bir neçə ay sonra, 2021-ci ilin yayında argentinalı ulduz hücumçu Lionel Messi “blauqrana”dan ayrılanda, norveçli qolçu 2022-ci ildə Kataloniya klubuna keçməyə razılıq verib. Erlinq “Barselona”nın onun üçün planlarından çox həvəslənib, amma Kataloniya nəhənginin iqtisadi çətinlikləri səbəbindən razılaşma uğursuzluğa düçar olub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar