“Barselona” yeni müqavilə təklifi qarşılığında Ronald Arauxonun susqunluğuna təəccüb edir

“Barselona” Almaniya nəhəngi “Bayern”iin futbolçu ilə ciddi maraqlanması mənzərəsində “blauqrana”nın 25 yaşlı uruqvaylı mərkəz müdafiəçisi Ronald Arauxo ilə müqaviləsinin müddətinin 2029-cu ilə qədər uzadılmasını təklif edib.

Sports.az xəbər verir ki, bu təklif müqabilində Arauxo qarşılıq verməyə tələsmir və bu, “blauqrana” rəhbərliyini təəccübünə səbəb olub.

Vurğulanır ki, “Bayern” vasitəçi vasitəsilə Kataloniya klubu ilə arıtq əlaqə saxlayıb və Arauxonu 100 milyon avro məbləğ müqabilində almaq üçün şifahi təklif irəli sürüb. Amma “Barselona” rəhbərliyi uruqvaylı müdafiəçini komandanın ən dəyərli oyunçularından biri hesab edir və onunla ayrılmağa hazır deyil.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar