Kovaç “Liverpul”u çalışdıra bilər

“Bayern”in sabiq baş məşqçisi Niko Kovaç “Liverpul”u çalışdıra bilər.

Sports.az xəbər verir ki, 52 yaşlı xorvat mütəxəssisin Yurgen Klopun yerinə namizədliyi gözlənilmədən yaranıb.

Kovaçın son iş yeri “Volfsburq” olub və xorvat mütəxəssis martın ortalarında istefaya göndərilib. Kovaç bundan əvvəl “Bayern” və “Monako”nu çalışdırıb.

Xatırladaq ki, Yurgen Klopp cari mövsümün sonunda “Liverpul”un baş məşqçi vəzifəsini tərk edəcəyini daha əvvəl açıqlayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar