“Atletiko” 19 ildən sonra antirekordunu təkrarladı

İspaniyanın "Atletiko" klubu 19 ildən sonra antirekordunu təkrarlayıb.

Sports.az xəbər verir ki, Madrid təmsilçisi bütün turnirlərdə son 11 matçın hər birində qol buraxıb.

Komanda son olaraq Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında Almaniyada Dortmund "Borussiya"sına uduzub - 2:4.

"Atletiko" sonuncu dəfə 2005-ci ildə 11 qarşılaşmada qapısında top görüb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar