“Çelsi” Premyer Liqa tarixinin ən bahalı transferini gerçəkləşdirdi

“Çelsi” heyətini yeni futbolçuyla gücləndirib.

Sports.az xəbər verir ki, “zadəganlar” “Brayton”un yarımmüdafiəçisi Moises Kaysedonu transfer edib.

London təmsilçisi bu keçid üçün qarşı tərəfə bonuslar daxil olmaqla 115 milyon funt-sterlinq ödəyib. Bu məbləğ Premyer Liqa tarixində ən yüksək göstəricidir. 21 yaşlı futbolçuyla 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Kaysedo 2020-ci ildən “Brayton”da çıxış edir. O, ötən mövsüm ərzində 43 oyunda iştirak edib, 1 qol və 1 assistlə fərqlənib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar