Səmədov Ümumdünya Şahmat Olimpiadasında qızıl medal qazandı

Niderlandın Eyndhoven şəhərində yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasına yekun vurulub.

Sports.az xəbər verir ki, 47 ölkədən 63 komandanın mübarizə apardığı olimpiadada Azərbaycan millisi Read Səmədov, Xaqan Əhməd, Cahandar Azadəliyev və Nərmin Abdinova ilə təmsil olunub.

Yığma yarışı 12-ci pillədə başa vurub. Read Səmədov birinci lövhədə 9 oyundan 8 xal toplamaqla ən yüksək nəticə sahibi kimi qızıl medala layiq görülüb.

Mükafatlandırma mərasimində Read Səmədovun şərəfinə Azərbaycan himni səsləndirilib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar