"Sabah"dan səs-küylü transfer


"Ximki"nin yarımmüdafiəçisi Ayaz Quliyev "Sabah"a keçir. Bu barədə Rusiya mediası xəbər yayıb. Quliyev "Ximki"nin heyətində bu mövsüm cəmi 1 oyunda çıxış edib və hazırda fərdi məşq edir.
26 yaşlı futbolçunun Azərbaycan pasportu var və o Murad Musayevin komandasında legioner sayılmayacaq. Bununla Quliyevin milli komandada oynamaq şansları da xeyli artacaq.
Ayazın atası Bəxtiyar Quliyev azərbaycanlıdı. Futbolçu Moskva "Spartak"ının yetirməsidi və bu klubda çıxışı ilə məşhurlaşıb.
"Sabah" klubundan yeni transfer haqda məlumatı təkzib etməyiblər. Mətbuat katibi Elnur Həmidov Sports.az saytına açıqlamasında "Hər hansı transfer edilsə bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək. Lakin hazırda reallaşan transfer yoxdur" deyib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar