"Qarabağ" rəsmisi nüfuzlu beynəlxalq qurumda vəzifə ala bilər

Berlində Avropa Klublar Birliyinin (ECA) Baş Assambleyası keçirilir. Bu gün 2023-2027-ci illər üçün qurumun İcraiyyə Komitəsinə üzvlər seçiləcək.

İK-yə namizədlər arasında "Qarabağ" FK-nın baş meneceri Asif Əsgərovun da adı var. Əsgərov 2017-ci ildən ECA işçi qrupunun üzvü, 2019-cu ildən isə katibidi.

ECA İcraiyyə Komitəsinə seçilsə, beynəlxalq futbol qurumlarının rəhbərliyində və qərarverici orqanında təmsil olunan ilk azərbaycanlı kimi tarixə düşəcək.

2008-ci ildə yaradılmış ECA UEFA tərəfindən tanınan yeganə klub təşkilatıdı.

Qurum qitədə klubların maraqlarını müdafiə edir, millilərin oyun təqvimindən avrokuboklaracan bir çox önəmli məsələlərdə UEFA ECA-nın tövsiyyələrini nəzərə almaqla fəaliyyətini qurur.
ECA-nın (European Club Association) hazırki rəhbəri PSJ prezidenti Nasser Al Xelaifidi.
Berlindəki Baş Assambleyada ölkəmizi 1 əsas və 3 assosiativ üzv təmsil edir. Bunlar Asif Əsgərovdan başqa "Neftçi", "Qəbələ" və "Sumqayıt" klublarından Fərrux Mahmudov, Nail Kərimov və Riad Rəfiyevdir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar