AÇ-yə qatılacaq Azərbaycan cüdoçuları ilə görüş keçirildi

AÇ-yə qatılacaq Azərbaycan cüdoçuları ilə görüş keçirildi

Cüdo üzrə böyüklər arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin üzvləri ilə görüş keçirilib.

Sports.az xəbər verir ki, görüşdə ACF-nin vitse-prezidenti Elnur Məmmədli, federasiyanın icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, həmçinin milli komandaların məşqçi heyəti iştirak edib.

Federasiya rəhbərliyi qarşıdan gələn Avropa çempionatı öncəsi milli üzvləri ilə bir araya gələrək idmançılara etimadlarını ifadə edib, turnirin məsuliyyəti və əhəmiyyəti barədə fikirlərini bölüşüb. Çıxışlarda Azərbaycan cüdoçularının qitəmiqyaslı mötəbər yarışda uğurlu nəticələr əldə edəcəyinə inam ifadə olunub.

Eyni zamanda, idmançılara yarışöncəsi son tövsiyələr verilib, tatamidə intizam, soyuqqanlılıq və düzgün taktiki yanaşmanın vacibliyi diqqətə çatdırılıb. Görüşün sonunda cüdoçulara uğurlar arzulanıb.

Qeyd edək ki, böyüklər arasında Avropa çempionatı aprelin 16–19-da Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək. Azərbaycan qitə çempionatında 15 cüdoçu (9 kişi, 6 qadın) ilə təmsil olunacaq.

Son xəbərlər
“Prezident kuboku”nda üç medal
Azərbaycan dünya çempionatında 4-cü oldu
Braim Diasa A Seriyasından maraq var
Azərbaycanlı taekvondoçu Romada bürünc medal qazandı
Millimiz yarımfinalda dayandı
Azərbaycan yığması Polşaya məğlub oldu
“Bayern” “Liverpul”un gənc istedadı ilə maraqlanır
Millimiz növbəti dəfə məğlub oldu
“Barselona” iki ulduz hücumçu arasında seçim edir
Azərbaycan cüdoçularından Estoniyada 3 medal
Yığmamız Avropa Liqasında Estoniyanı məğlub etdi
Millimiz dünya çempionatına qələbə ilə başladı
“Arsenal” PSJ-nin gənc müdafiəçisi ilə maraqlanır
“Komo”nun yarımmüdafiəçisi Avropa nəhənglərinin maraq dairəsindədir
Kasado Səudiyyə Ərəbistanına yollana bilər
Azərbaycan gimnastları Bakıda keçirilən dünya kubokunun qalibi oldu
“Bayern” “Arsenal”ın hücumçusu ilə maraqlanır
UEFA Rusiya klublarının kənarlaşdırılma müddətini uzatdı
“Şamaxı”dan Həbib İsmayılovla yeni müqavilə
“Komo” yarımmüdafiəçisinə transfer qiyməti müəyyənləşdirdi
PSJ Safonovla bağlı qərar qəbul etdi
“Zirə”də ayrılıq
“Bayern”in ulduzu “Real”a keçməyə açıqdır
Millimiz Lüksemburq və İrlandiya ilə oyunların hazırlığına başladı
Millimiz Avropa Liqasında ikinci görüşünü keçirəcək
Kvaratsxeliya İspaniya nəhənginə qoşula bilər
Yığmamız Avropa Liqasında Estoniya ilə üz-üzə
Millimiz dünya kubokunda yarımfinal oyununa çıxır
Müdafiəçisi “Yuventus”dan ayrılmağa hazırdır
“Yuventus” Qoretska uğrunda mübarizəyə qoşuldu
DAHA ÇOX

Ən çox oxunanlar