Cüdoçularla görüş təşkil edilib

Cüdoçularla görüş təşkil edilib

"Gələcəyin ümidləri" təlim proqramına cəlb olunan cüdoçularla görüş keçirilib.

Sports.az xəbər verir ki, görüşdə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov, milli komandaların performans direktoru Riçard Trautman, həmçinin yeniyetmələrdən ibarət yığmaların məşqçilər heyəti iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, "Gələcəyin ümidləri" təlim proqramına U-16 və U-17 yaş qrupları üzrə "İstedadların seçimi" turnirinin iki turunun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk dörd pillədə qərarlaşan ümumilikdə 124 idmançı cəlb olunub.

Çıxışlar zamanı yeniyetmə cüdoçular proqramda yer almaları münasibətilə təbrik olunub, onların gələcək inkişafında texniki-taktiki hazırlığın mühüm rol oynadığı vurğulanıb. Bildirilib ki, bu yaş mərhələsində əsas prioritet yalnız nəticə qazanmaq deyil, eyni zamanda idmançıların düzgün formalaşdırılması, potensialının açılması və uzunmüddətli inkişafının təmin edilməsidir.

Bununla yanaşı, "İstedadların seçimi" turnirinin keçirilməsində başlıca məqsədin milli komanda üçün sağlam və rəqabətqabiliyyətli baza yaratmaq, perspektiv vəd edən cüdoçuları müəyyənləşdirmək, eləcə də dayanıqlı ehtiyat qüvvə formalaşdırmaq olduğu diqqətə çatdırılıb.

Son xəbərlər
“Fənərbağça” “Milan”ın ulduzu uğrunda mübarizəyə qoşuldu
MillimizQəbələdə hazırlıq keçəcək
A Seriyasının ən sərrast qolçusu məlum oldu
Salah “Livepul”la vidalaşdı
Premyer Liqanın yeni rekordçusu
A Seriyasında mövsüm yekunlaşdı
“Çelsi” avrokuboklardan kənarda qaldı
“Milan” Çempionlar Liqasını əldən verdi
“Yuventus” Çempionlar Liqasından kənarda qaldı
“Komo” Çempionlar Liqasına vəsiqə qazandı!
La Liqada mövsümə yekun vuruldu
“Roma” İtaliya çempionatının bürünc medalını qazandı
“Vilyarreal” İspaniya La Liqasının bürünc medalını darmadağınla qazandı
“Vest Hem” İngiltərə Premyer Liqasın tərk etdi
“Napoli” İtaliya çempionatının gümüş medalçısı oldu
“Tottenhem” xilas oldu
Çempion mükafatına qovuşdu
Premyer Liqada mövsümə yekun vuruldu
“Roma” “Korintians”ın hücumçusu ilə maraqlanır
Beynəlxalq yarışın sonuncu gününün qalibləri bəlli oldu
Beynəlxalq Güləş Günü münasibətilə Şamaxıda media tur
Azərbaycan karateçilərindən AÇ-də 9 medal
“Barselona” “Bayern”in ulduzuna göz dikib
“Şamaxı”nın legioneri milliyə çağrıldı
Avropa çempionatının son günündə 5 medal
Salah İtaliya A Seriyasına qayıda bilər
Vinisius “Real”dakı gələcəyi ilə bağlı qərar verib
“Haqqımda yayılan xəbərlər doğru deyil”
“İstədiyimizə nail ola bilmədik” - Füzuli Məmmədov
“Liverpul” PSJ-nin cinah hücumçusu ilə maraqlanır
DAHA ÇOX

Ən çox oxunanlar