Azərbaycan millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlandı

Azərbaycan millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlandı

Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tiflisdə cüdo üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək. Qitə yarışında Azərbaycanı təmsil edəcək yekun heyət bəlli olub.

Sports.az xəbər verir ki, mötəbər turnirdə 11 çəki dərəcəsində 15 cüdoçumuz (9 kişi və 6 qadın) mübarizə aparacaq.

İlkin heyətdə yer alan Ruslan Paşayev (-66 kq) zədələndiyi üçün yekun siyahıda onu Turan Bayramov əvəzləyib.

Avropa çempionatında idmançılarımıza kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Slavko Tekiç və Robert Kravçik, həmçinin qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, "A" kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev də turnirdə ədalət təmsilçiləri sırasında yer alacaq.

Qeyd edək ki, yarışda 46 ölkədən 404 cüdoçu (229 kişi və 175 qadın) 14 dəst medal uğrunda qüvvəsini sınayacaq.

Heyəti təqdim edirik:

Kişilər

-60 kq

Balabəy Ağayev

Əhməd Yusifov

-66 kq

Turan Bayramov

-73 kq

Hidayət Heydərov

-81 kq

Zelim Tçkayev

Ömər Rəcəbli

-90 kq

Murad Fətiyev

-100 kq

Zelim Kotsoyev

+100 kq

Kənan Nəsibov

Qadınlar

-48 kq

Könül Əliyeva

Şəfəq Həmidova

-52 kq

Leyla Əliyeva

Gültac Məmmədəliyeva

-70 kq

Südabə Ağayeva

+78 kq

Madina Kaisinova.

Son xəbərlər
“Fənərbağça” “Milan”ın ulduzu uğrunda mübarizəyə qoşuldu
MillimizQəbələdə hazırlıq keçəcək
A Seriyasının ən sərrast qolçusu məlum oldu
Salah “Livepul”la vidalaşdı
Premyer Liqanın yeni rekordçusu
A Seriyasında mövsüm yekunlaşdı
“Çelsi” avrokuboklardan kənarda qaldı
“Milan” Çempionlar Liqasını əldən verdi
“Yuventus” Çempionlar Liqasından kənarda qaldı
“Komo” Çempionlar Liqasına vəsiqə qazandı!
La Liqada mövsümə yekun vuruldu
“Roma” İtaliya çempionatının bürünc medalını qazandı
“Vilyarreal” İspaniya La Liqasının bürünc medalını darmadağınla qazandı
“Vest Hem” İngiltərə Premyer Liqasın tərk etdi
“Napoli” İtaliya çempionatının gümüş medalçısı oldu
“Tottenhem” xilas oldu
Çempion mükafatına qovuşdu
Premyer Liqada mövsümə yekun vuruldu
“Roma” “Korintians”ın hücumçusu ilə maraqlanır
Beynəlxalq yarışın sonuncu gününün qalibləri bəlli oldu
Beynəlxalq Güləş Günü münasibətilə Şamaxıda media tur
Azərbaycan karateçilərindən AÇ-də 9 medal
“Barselona” “Bayern”in ulduzuna göz dikib
“Şamaxı”nın legioneri milliyə çağrıldı
Avropa çempionatının son günündə 5 medal
Salah İtaliya A Seriyasına qayıda bilər
Vinisius “Real”dakı gələcəyi ilə bağlı qərar verib
“Haqqımda yayılan xəbərlər doğru deyil”
“İstədiyimizə nail ola bilmədik” - Füzuli Məmmədov
“Liverpul” PSJ-nin cinah hücumçusu ilə maraqlanır
DAHA ÇOX

Ən çox oxunanlar