Samir Abasov İspaniyaya təcrübədədir

"Sumqayıt" Futbol Klubunun əsas komandasının baş məşqçisi Samir Abasov İspaniyada təcrübədədir.

Sports.az xəbər verir ki, bir neçə gün öncə Madridə yollanan Samir Abasov əvvəlcə burada "Real" və "Barselona" komandaları arasındakı "el-klasiko"nu izləyib. 

Növbəti gün Barselonaya yola düşən baş məşqçimiz burada bir həftəlik təcrübə keçəcək. "Barselona" klubunun məşqlərini izləyən çalışdırıcı Kataloniya təmsilçisinin məşqçisi Oskar Hernandes və bir sıra digər yerli mütəxəssislərlə bir araya gəlib, fikir mübadiləsi aparıb. 

Təcrübə proqramının sonunda onun "Barselona"nın baş məşqçisi Xavi Hernandeslə də görüşü nəzərdə tutulub. 

Bu səfərdə Samir Abasovu klubun fiziki hazırlıq üzrə məşqçisi Xerard Martines müşayiət edir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar