“Qarabağ” və “Zirə” finalda!

Bu gün Azərbaycan kubokunun finalçıları müəyyənləşib.

Sports.az xəbər verir ki, bu, yarımfinal mərhələsinin cavab oyunlarından sonra bəlli olub.

Hər iki qarşılaşma eyni günə təsadüf edib. “Qəbələ” səfərdə 1:2 hesabıyla uduzduğu “Zirə”ylə bu dəfə doğma meydanda üz-üzə gəlib. Səfərdə də qalib gələn "Zirə" ilk finalçı olub.

“Qarabağ” isə səfərdə böyük hesabla qalib gəldiyi “Neftçi”ni bu dəfə mərkəzi arenada sınağa çəkib. Ağdam klubunun bu üstünlüyü əldən verməsi inandırıcı görünmürdü. Belə də olub. Yenə böyük hesabla qalib gələn "Qarabağ" finalda "Zirə"yə rəqib olub.

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunları

24 aprel

“Qəbələ” – “Zirə” 0:2
Qollar: Vladislav Kulaç, 58. Rafael Utziq, 84.
Qəbələ şəhər stadionu.
İlk oyun – 1:2.

Qəbələ: 1. Rəşad Əzizli, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 34. Urfan Abbasov, 28. Murad Musayev, 12. Nicat Əliyev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 3. Zurab Oçiqava, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 5. Rauf Hüseynli, 71. Sənan Ağalarov, 25. İbrahim Ramazanov, 30. Şahin Şahniyarov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 99. Ahmed Ayzaya, 17. Yaovi Akakpo.
Baş məşqçi: Kaxaber Sxadadze.
Zirə: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 5. Stefan Akka, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 15. Pyer Zebli, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 24. Sezar Meza Kolli, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 28. Abbas İbrahim, 19. Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov.

“Qarabağ” – “Neftçi” 4:1
Qollar: Olavio Juninyo, 16; 69. Qara Qarayev, 62-öz qapısına. Nəriman Axundzadə, 77 - Reiuan Mirzov, 64.
Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun – 4:0.

Qarabağ: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 24. Aleksey İsayev, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
Neftçi: 1. İvan Brkiç, 2. Qara Qarayev, 17. Rəhman Hacıyev (k), 19. Azər Salahlı, 91. Ağadadaş Salyanski, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 6. Dieqo Valdes, 99. Ervin Koffi, 44. Yuri Matias, 20. Alfa Konte.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 95. Rəvan Kazımov, 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 16. Lukas Melano, 23. Ataa Caber, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon, 88. Brayan Moreno, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Miodraq Bojoviç.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar