Loftus-Çik Avropa çempionatına yollanmaq istəyir

“Milan”ın yarımmüdafiəçisi Ruben Loftus-Çik İngiltərə yığmasına mümkün qayıdışı və 2024-cü il Avropa çempionatında iştirakı ehtimalından danışıb.

Sports.az ingilis futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Avropa çempionatına gedəcəyəmmi? Ümidvaram, amma indiki məqamda çətin ki, məni çağırsınlar. Mən geri qayıdıb İngiltərə üçün oynamaq istərdim, amma əsas məqsədim “Milan” üçün uğurlu olmaqdır. Həm də ona görə ki, İngiltərə yığması yalnız “Milan”dakı çıxışın nəticəsidir”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar