Braziliyalı futbolçuya 2 illik cəza

Braziliyanın "Flamenqo" klubunun hücumçusu Qabriel Barboza 2 il müddətinə futboldan uzaqlaşdırılıb.

Sports.az xəbər verir ki, bu barədə Braziliyanın Dopinq Nəzarəti Təşkilatı açıqlama yayıb.

27 yaşlı futbolçu dopinq testi zamanı qayda pozuntusuna yol verib. Qabiqol ləqəbli futbolçunun cəzası 8 aprel 2023-cü il tarixindən hesablanacaq.

Qabriel Barboza sosial şəbəkə hesabındakı açıqlamasında günahsız olduğunu bildirib: "Mən heç vaxt hər hansı testə mane olmağa və ya saxtakarlığa cəhd etməmişəm. Futbolçu kimi karyerama başlayandan bəri həmişə oyun qaydalarına əməl etmişəm və heç vaxt qadağan olunmuş maddələrdən istifadə etməmişəm. Hökmün nəticəsindən məyus oldum, lakin idman orqanları ilə əməkdaşlığı davam etdirəcəyəm və təqsirsizliyimi sübuta yetirəcəm".

Braziliya millisinin də üzvü olan Barboza yığmada 18 oyuna 5 qol vurub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar