Nicat Abasov: “Heç vaxt belə rejimdə oynamamışam”

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda dördüncü yeri tutan Nicat Abasov yarışın rəsmi saytına açıqlama verib.

Sports.az xəbər verir ki, karyerasında ilk dəfə Dünya Kubokunda yarımfinala qədər şahmatçı yorğun olduğunu etiraf edib:

“Artıq 25 gündür ki, intensiv iş rejimindəyik. Heç vaxt belə rejimdə mübarizə aparmamışam. Son günlərdə güc tükənmişdi. Amma yarışa gələn şahmat həvəskarlarının dəstəyi yüksək motivasiyada mübarizə aparmağa kömək edirdi. Güc tükəndiyindən son oyunlarda istədiyim oyunu göstərə bilmədim. Bununla belə böyük təcrübə qazandım. İnanıram ki, bu təcrübə qarşıdakı yarışlarda layiqli nəticələr qazanmağa kömək edəcək”.

Azərbaycan şahmatçısı ona dəstək olan insanlara təşəkkür edib: “Daim dəstək olan azarkeşlərə, şahmat ictimaiyyətinə çox sağ ol deyirəm. İlk dəfə belə gözəl həyəcanı hiss etdim. Növbəti yarışlarda da hamını sevindirmək üçün mübarizə aparacam”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar