\"Bayer Leverkuzen\" Bakıda dəstəksiz qalmayacaq

UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək "Qarabağ" - "Bayer Leverkuzen" matçı üçün qonaq azarkeşlərə neçə bilet ayrıldığı müəyyənləşib.

Sports.Az xəbər verir ki, ənənəvi qonaq sektorunda yer alacaq almaniyalı tərəfdarlar üçün 400 bilet sifariş edilib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer” görüşü martın 7-də, saat 21:45-də başlayacaq. Tərəflər arasında cavab görüşü bundan bir həftə sonra Leverkuzen şəhərində reallaşacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar