“Bayern” De Zerbinin namizədliyinə tərəddüd edir

“Bayern” rəhbərliyi “Brayton”un çalışdırıcısı, italyan mütəxəssis Roberto De Zerbinin bu ilin sonunda Tomas Tuxelin istefasından sonra münhenlilərin yeni baş məşqçisi vəzifəsinə uyğun olduğuna əmin deyil.

Sports.az xəbər verir ki, De Zerbinin alman dilini bilməməsi, çətin xasiyyətə malik olması, həmçinin kluba böyük köməkçilər komandası gətirəcəyi “Bayern” rəhbərliyini qan etmir.

Bununla belə, “Brayton”un De Zerbinin rəhbərliyi altında nümayiş etdirdiyi futbolun Münhen klubunun rəhbərliyinə xoş gəldiyi vurğulanır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar