Abasov İddiaçılar Turnirində növbəti sınağına çıxacaq

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.

Sports.az xəbər verir ki, 28 yaşlı qrossmeyster 14-cü turda Rameşbabu Praqnanandha (Hindistan) ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Abasov ağ fiqurlarla oynayacaq.

Tərəflər arasında keçirilən ilk görüşdə Nicat Abasov məğlub olub - 0:1.

Yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar