FIDE reytinqi: Teymur Rəcəbov “10-luq”da

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.

Sports.az xəbər verir ki, FIDE-nin rəsmi saytında yerləşdirilən reytinqdə Azərbaycan şahmatçısı Teymur Rəcəbov yenidən ilk “10-luğ"a qayıdıb.

2747 xalı olan 36 yaşlı qrossmeyster 10-cu pillədə yer alıb. Milli komandanın digər qrossmeysteri Şəhriyar Məmmədyarov 2738 xalla 15-ci yerdə qərarlaşıb.

Şahmatçılarımızdan Qədir Hüseynov (2661) 83-cü, Rauf Məmmədov (2646) isə 100-cü yerdədir.

Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2852) başçılıq edir. Rusiyalı Yan Nepomnyaşi (2795) ikinci, çinli Liren Dinq (2788) üçüncüdür.

Qadın şahmatçılardan ibarət Azərbaycan yığmasının üzvlərindən Günay Məmmədzadə (2472) 22-ci, Ülviyyə Fətəliyeva (2427) 42-ci, Gövhər Beydullayeva (2388) 61-ci, Xanım Balacayeva (2372) 70-ci, Gülnar Məmmədova (2358) 88-ci pillədədir.

Qadınların reytinqinə çinli Xou Yifan (2628) başçılıq edir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar