Vitsel “Atletiko” ilə müqaviləsini yeniləməyə yaxındır

Madrid “Atletiko”sunun yarımmüdafiəçisi Aksel Vitsel İspaniya klubu ilə bu mövsümün sonunda başa çatacaq müqaviləsinin müddətini uzatmağa yaxındır.

Sports.az xəbər verir ki, Madrid klubunun rəhbərliyi, eləcə də argentinalı mütəxəssis Dieqo Simeonenin başçılıq etdiyi məşqçilər qərargahı futbolçunun çıxışından, eləcə də yarımmüdafiəçinin mərkəz müdafiəçisi mövqeyinə keçdikdən sonra irəliləyişindən razıdır.

Dieqo Simeone Aksel Vitseli “döşəkçilər”in düşərgəsində saxlamaq istəyir, çünki o, taktiki bacarıqlarını və öz qapısından hücumlar təşkil etmək bacarığını yüksək qiymətləndirir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar