Alleqri “Yuventus”da qalsa, Kyeza “byankoneri”ni tərk edəcək

“Yuventus”un vingeri Federiko Kyeza, Massimiliano Alleqri komandanın baş məşqçisi olaraq qalacağı təqdirdə yay transfer pəncərəsində klubu tərk etmək niyyətindədir.

Sports.az xəbər verir ki, 26 yaşlı italyan futbolçu bir neçə oyunda onu 70-ci dəqiqədən sonra əvəzləmiş italyan mütəxəssis Alleqridən narazıdır.

A Seriyasının 32-ci turunda “Torino” ilə oyunda (0:0) əvəzləndikdən sonra Kyeza o qədər əsəbiləşib ki, əsəbini soyutmaq üçün komanda yoldaşlarından onu bir neçə dəqiqəlik tək buraxmalarını istəyib.
“Yuventus” Kyezanın azad agent qismində getməsini istəmir, ona görə də futbolçu müqaviləsinin müddətini uzatmaqdan imtina edərsə, bu yay onu satışa çıxarmağa hazırdır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar