Rakitiç Lionel Messi ilə Kristiano Ronaldo arasında seçim etdi

“Barselona”nın xorvat keçmiş hücumameyilli yarımmüdafiəçisi, hazırda Səudiyyə Ərəbistanının “Əl-Şabab” klubunda çıxış edən İvan Rakitiç “blauqrana”nın braziliyalı keçmiş hücumçusu Neymar ilə Kataloniya klubunun argentinalı sabiq hücumçusu Lionel Messi arasında müqayisələr barədə sualı cavablayıb.

Sports.az Rakitiçin bu barədə cavabını təqdim edir:

“İlk növbədə onu demək istəyirəm ki, Neymarın böyük pərəstişkarıyam. Neymar həmişə mənim komandamdadır və o, mənim sevimli oyunçumdur. Amma əlbəttə ki, Messi futbol tarixinin ən yaxşısıdır”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar