Karlos Alkaras Cud Bellingemdən danışdı

İkiqat Böyük Dəbilqə çempionu, dünya üçüncüsü, ispan tennisçi Karlos Alkaras “Real”ın ingilis futbolçusu Cud Bellingem haqqında fikirlərini paylaşıb.

Sports.az Alkarasın bu barədə fikirlərini təqdim edir:

“Mən Cudun 20 yaşında olduğuna inanmaqda çətinlik çəkirəm. Düşünürəm ki, o, dünyanın ən yaxşı futbolçusu deyilsə, ən yaxşılarından biridir. Onun meydanda və meydandan kənarda hər kəsə verdiyi güc inanılmazdır. Cuda ehtiramım var. Onun “Real”da olması əladır”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar