Sulşerə Kanada yığmasını çalışdırmaq təklif edildi

Kanada Futbol Assosiasiyası (CSA) “Mançester Yunayted”in keçmiş baş məşqçisi Ule-Qunnar Sulşerə 2026-cı ildə Şimali Amerikada keçiriləcək dünya çempionatında iştirak üçün Kanada yığmasını çalışdırmaq təklifi ilə müraciət edib.

Sports.az xəbər verir ki, əvvəllər bu təklifdən “Çelsi”nin sabiq çalışdırıcısı Frank Lempard, eləcə də “Real”, “İnter”, “Roma” və digər komandalara uğurla rəhbərlik etmiş portuqal mütəxəssis Joze Mourinyo imtina edib.

Hazırda norveçli mütəxəssis UEFA-da oyun təhlilçisi vəzifəsində çalışır və Sulşerin Kanada Futbol Assosiasiyasının təklifinə münasibəti barədə məlumat yoxdur.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar