Mahir Emreli millinin toplanışında iştirak etməyəcək

Türkiyənin "Konyaspor" klubunun hücumçusu Mahir Emreli zədəli olduğu üçün Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak etməyəcək.

Sports.az xəbər verir ki, o, AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində bu ay keçirəcəyi oyunları da buraxmalı olacaq.

Xatırladaq ki, millimiz martın 24-də Avstriya, 3 gün sonra isə İsveç yığması ilə qarşılaşacaq. Komandamız hər iki oyunu rəqib meydanında keçirəcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar