Yayda Olmonun təzminat dəyəri qüvvəyə minəcək

Yayda, növbəti transfer pəncərəsində “Leypsiq”in ispan yarımmüdafiəçisi Daniel Olmonun müqaviləsindəki təzminat məbləği ilə bağlı maddə qüvvəyə minəcək.

Sports.az xəbər verir ki, Olmonun təzminat məbləği 60 milyon avro məbləğindədir.

Daha əvvəl məlum olub ki, “Mançester Siti” Olmonun “Leypsiq”dəki çıxışını diqqətlə izləyir və 25 yaşlı futbolçunu transfer etmək üçün əsas namizəd sayılır. “Şəhərlilər” keçən yay Olmonu öz heyətinə cəlb etmək niyyətində idilər, amma o vaxt “Leypsiq”lə razılığa gələ bilməmişdilər.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar