“Atalanta” tarixinin ən bahalı transferini gerçəkləşdirdi

“Atalanta” heyətinə yeni futbolçu qatıb.

Sports.az xəbər verir ki, Berqamo təmsilçisi “Almeriya”dan El Bilal Tureni transfer etdiyini açıqlayıb.

“Atalanta” 21 yaşlı futbolçunun keçidi üçün  qarşı tərəfə bonuslar da daxil olmaqla 30 milyon avro ödəyib. Bu, İtaliya komandası üçün rekord məbləğdir.

Qeyd edək ki, “Almeriya” Tureni ötən yay “Reyms”dən almışdı. O, İspaniya təmsilçisinin heyətində 22 oyunda iştirak edib, 7 qol vurub və 2 assist edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar