\"Əl-Nəsr\" Maneyə nə qədər maaş verəcək?

“Bayern Münhen”dən “Əl-Nəsr”ə keçəcəyi gözlənilən Sadio Manenin qazanacağı məvacib müəyyənləşib.

Sports.az xəbər verir ki, seneqallı hücumçu Səudiyyə Ərəbistanında ilinə 40 milyon avrodan çox maaş alacaq.

Bu, Manenin Bundesliqa klubunda qazandığı məbləğdən təxminən iki dəfə çoxdur.

31 yaşlı futbolçunun bu gün ərzində tibbi müayinədən keçəcəyi gözlənilir.

Qeyd edək ki, Sadio Mane “Bayern”ə ötən yay “Liverpul”dan keçib. O, bu klubla 38 oyun keçirib, 12 qol vurub və 6 məhsuldar ötürmə edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar