Matiç Fransa klubuna keçə bilər

“Roma”nın yarımmüdafiəçisi Nemanya Matiç karyerasını Fransada davam etdirə bilər.

Sports.az xəbər verir ki, serbiyalı futbolçu “Renn”dən təklif alıb və hazırda onu nəzərdən keçirir. Qərar verməmişdən əvvəl Matiç “Roma”nın baş məşqçisi Joze Mourinyo ilə məsləhətləşmək istəyir.

35 yaşlı futbolçu ötən ilin yayında “Mançester Yunayted”dən İtaliya klubuna keçib. O, “canavarlar”ın heyətində 50 oyun keçirib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Matiçin “Roma” ilə müqavilə müddəti gələn yay bitir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar