Koutinyo Qətər klubuna keçir

“Aston Villa”nın futbolçusu Filippe Koutinyo klubunu dəyişməyə yaxındır.

Sports.az xəbər verir ki, Premyer Liqa klubu braziliyalı futbolçu üçün Qətər klublarının birindən təklif alıb. 31 yaşlı yarımmüdafiəçinin özü və klub gələn təklifi qəbul ediblər. Yaxın günlərdə keçidin rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, Koutinyo 2022-ci ilin yanvarından “Aston Villa”da oynayır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar