“Tottenhem” 19 yaşlı hücumçu transfer etdi

“Tottenhem” heyətinə yeni futbolçu qatıb.

Sports.az xəbər verir ki, London təmsilçisi Argentinanın “Rosario Sentral” klubundan Alexo Velisi transfer edib.

“Tottenhem” 19 yaşlı futbolçu üçün qarşı tərəfə 15 milyon avro ödəyib.

Argentinalı forvard yeni klubuyla 6 illik müqavilə imzalayıb. O, “Tottenhem”də 36 nömrəli forma geyinəcək.

Qeyd edək ki, Alexo Velis ötən mövsüm Argentinanın yüksək liqasında 23 oyun keçirib və 11 qola imza atıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar