Postekoqlu Son Hın Mini təriflədi

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu “mahmızlar”ın vingeri Son Hın Min haqqında fikirlərini paylaşıb.

Sports.az Postekoqlunun bu barədə fikirlərini təqdim edir:

“Son dünya səviyyəli oyunçudur. Əminəm ki, o, təqaüdə çıxanda Premyer Liqanın ən böyük oyunçularından biri kimi tarixə düşəcək.

O, super ulduzdur və ondan çox şey asılıdır. O, Koreya yığmasında oynamaq üçün dünyanın o başına da getməyə hazırdır. Bu, hörmət tələb edir”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar