“Milan” rəhbərliyi Lopeteqi ilə görüş keçirib?

“Milan” rəhbərliyi “Real”ın keçmiş baş məşqçisi Xulen Lopeteqini Stefano Piolinin mümkün əvəzləyicisi kimi nəzərdən keçirir.

Sports.az xəbər verir ki, “Milan” təmsilçiləri artıq bir neçə dəfə ispaniyalı çalışdırıcı ilə görüşüblər.

Amma vurğulanır ki, hazırda “rossoneri” Lopeteqiyə konkret təklif etməyib. “Milan” rəhbərliyi Lepeteqinin beynəlxalq futbolu yaxşı bilməsini və gənclərlə işləməyi bacarmasını yüksək qiymətləndirir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar