“Xırdalan” 4-cü oldu

“Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 18-ci turunun ikinci oyunu baş tutub.

Sports.az xəbər verir ki, "Xırdalan" və "Cəlilabad" klublarının qarşılaşdığı oyun xırdalanlıların 90:84 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbə ilə "Xırdalan" klubu müntəzəm mövsümü 4-cü pillədə tamamlayıb və pley-offda "Neftçi"nin rəqibi olub. Ən məhsuldar basketbolçular "Xırdalan"da Cakori Arçi (25 xal, 18 ribaund), "Cəlilabad"da Levan Qoqaladze (27 xal, 9 ribaund) olublar.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar