Digər
Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirdi
25.04.2024 | 23:26
Azərbaycan milli komandası Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatını 2 bürünc medalla başa vurub.
Sports.az xəbər verir ki, yığmamıza ikinci mükafatı Alfonso Dominqes qazandırıb.
92 kq çəkidə çıxış edən boksçumuz yarımfinalda mübarizəni dayandırdığından 3-cü yeri tutub.
Ondan öncə Malik Həsənov (63,5 kq) da bürünc medala yiyələnib.