“Azərreyl” “Slaviya” ilə qarşılaşacaq

2022/23 mövsümündə ölkəmizi Çağırış Kubokunda təmsil edəcək qadın voleybolçulardan ibarət “Azərreyl” bu turnirin 1/32 final mərhələsində Slovakiyanın “Slaviya” komandası ilə qarşılaşacaq.

Sports.az xəbər verir ki, hər iki oyun Bakıda keçiriləcək.

Noyabrın 29-dakı qarşılaşmada “Azərreyl”, ertəsi gün isə rəqib meydan sahibi sayılacaq. 

Hər iki matç Dərnəgül Voleybol Mərkəzində keçiriləcək və saat 18:00-da başlayacaq. Giriş sərbəstdir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar