“Bayern” yayda Yan Matseni ala bilər

“Bayern” 2024-cü ilin yanvarından Dortmund “Borussiya”sında icarə əsasında çıxış edən, “Çelsi”nin sol cinah müdafiəçisi Yan Matseni almaq imkanını nəzərdən keçirəcək.

Sports.az xəbər verir ki, yayda münhenlilərin kanadalı sol cinah müdafiəçisi Alfonso Deyvis Münhen klubundan ayrılıb “Real”a keçə bilər.

Bu halda “Milan”ın müdafiəçisi Teo Ernandesin “Bayern”ə keçidi ilə bağlı danışıqlar uğursuz olarsa, Almaniya nəhəngi Matseni almağa çalışacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar