“Qarabağ”ın rəqibi səfərdə uduzdu

Futbol üzrə Belçika çempionatında 23-cü turun oyunları keçirilib.

Sports.az xəbər verir ki, Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Gent” də növbəti görüşünə çıxıb.

Sözügedən komanda səfərdə “Serkl Brügge” ilə qarşılaşıb. “Qarabağ”ın rəqibi beş qolun qeydə alındığı bu oyundan məğlubiyyətlə ayrılıb - 2:3.

“Gent” hazırda 38 xalla 4-cü pillədə qərarlaşıb.
 
"Qarabağ" Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar