Azərbaycanın daha bir ağırlıqqaldıranı dünya kubokunda qüvvəsini sınadı

Azərbaycanın daha bir ağırlıqqaldıranı Ömər Cavadov Tailandın Phuket şəhərində keçirilən dünya kubokunda mübarizə aparıb.

Sports.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı C qrupunda qüvvəsini sınayıb.

O, toplam 328 kq (153+175) nəticə göstərib. Cavadovun yekun sıralamadakı yeri yuxarı qruplardakı yarışlar başa çatandan sonra müəyyənləşəcək.

Dünya kuboku aprelin 11-də başa çatacaq. Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 5 idmançı ilə təmsil olunur. Daha əvvəl Nazilə İsmayılova (45 kq) yarışda beşinci olub. İsa Rüstəmov (73 kq) D qrupunda 320 kq-ın (145+175) öhdəsindən gəlib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar