Piolinin “Milan”dakı taleyi “Roma” ilə Avropa Liqasındakı oyundan asılı olacaq

“Milan”ın baş məşqçisi Stefano Pioli aprelin 18-də “Roma” ilə keçiriləcək Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda və İtaliya A Seriyasının 33-cü turunda “İnter”lə derbi oyununda qeyri-qənaətbəxş nəticə göstərərsə, tutduğu vəzifədən qovula bilər.

Sports.az xəbər verir ki, hazırda italyan mütəxəssisin “Milan”ın sükanı arxasında mövqeyi şübhə doğurmur.

Amma vurğulanır ki, mövsümün həlledici məqamlarında mümkün büdrəməsini “Milan” rəhbərliyi Pioliyə güzəştə getməyəcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar