“Azərbaycan millisi məni təəccübləndirmədi” – İlian İliyev

Bolqarıstan millisinin baş məşqçisi İliyan İliyev "FIFA series – Edition 2024" layihəsi çərçivəsində bu gün Bakıda Azərbaycan millisi ilə oyundan sonra mətbuat konfransı keçirib.

Sports.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə etdikləri oyunla bağlı bunları söyləyib:

“Azərbaycan millisi məni təəccüblənmədi. Rəqib yaxşı komandadır. Onların İsveç və Avstriyaya qarşı matçlarını izləmişdik. "Qarabağ" avrokuboklarda yaxşı çıxış edir. Millidə yaxşı oyunçular oynayır.

Millinin oyunçuları ilə bağlı hansısa şərh vermək istəmirəm. Çox yaxşı oyun alındı. Hər üç nəticə mümkün idi. Azərbaycanın da hesab 0:0 olarkən şansları var idi. Biz də 1:0 öndə olanda növbəti qolu vura bilərdik. Ədalətli nəticə oldu. Gəlin hakimə yüklənməyək. Hər iki komanda yaxşı futbol nümayiş etdirdi”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar