Rövnəq Abdullayevin “son mükafatı”

Azərbaycan milli komandasının ötən gün Bolqarıstanla keçirilən matçı üçün futbolçulara böyük məbləğdə pul mükafatı vəd olunubmuş.

Sports.az xəbər verir ki, AFFA-nın hazırkı prezidenti Rövnəq Abdullayevin təşəbbüsü ilə milli komandanın futbolçuları və məşqçi heyətinə hər birinə 40 min manat mükafat veriləcəkmiş.

Lakin “FİFA series – Edition 2024” layihəsi çərçivəsində keçirilən bu oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb və milli üzvləri ən azı 40 min manat mükafatdan məhrum olublar.

Bu, AFFA prezidenti Rövnəq Abdullayevin rəhbərliyi dövründə Azərbaycan milli komandasının sonuncu oyunu olub. Aprelin 2-də AFFA prezidentliyinə seçkidə Abdullayev namizəd olmayacağını açıqlayıb.

Xatırladaq ki, bu ildən ilk dəfə təşkil olunan "FİFA series – Edition 2024" yarışı 4 ölkədə keçiriir. Onlardan biri də Azərbaycandır.

(qol.az)

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar