Millimiz Ukraynaya qarşı

Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunları keçiriləcək.

Sports.az xəbər verir ki, Azərbaycanın U-21 yığması da növbəti matçına çıxacaq.

Samir Əliyevin çalışdırdığı komanda qrup lideri Ukrayna yığmasını qəbul edəcək.

"Qarabağ Arena"da keçiriləcək oyuna saat 16:00-da start veriləcək. Qarşılaşmanı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Qrupun bu gün baş tutacaq digər görüşlərində Serbiya Şimali İrlandiyanı, İngiltərə isə Lüksemburqu qəbul edəcək.

AÇ-nin seçmə mərhələsi
F qrupu

26 mart

16:00. Ukrayna - Azərbaycan
Baş hakim: Dario Bel (Xorvatiya).
Bakı. “Qarabağ Arena”.

Xal: Ukrayna – 15. İngiltərə – 15. Serbiya – 10. Lüksemburq – 4. Şimali İrlandiya – 3. Azərbaycan – 3.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar