Banklar Liqasında çempion bəlli oldu

ETOPAZ”ın baş sponsorluğu, “Fire League”in təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Banklar Liqası” minifutbol turnirində final və 3-cü yer uğrunda oyunlar baş tutub.

Komanda.az xəbər verir ki, 3-cü yer uğrunda görüşdə “Unibank” “Kapital Bank” komandası üzərində 7:0 hesablı qələbə qazanıb.

Final qarşılaşması maraqlı və gərgin keçib. “Bank Respublika” “VTB Bank”ı 2:1 hesabıyla məğlub edərək turnirin baş mükafatına layiq görülüb.

Xatırladaq ki, 20 bank kollektivinin qatıldığı turnir oktyabr ayında start götürmüşdü.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar