Şirkətlər Liqasına start verildi

ETOPAZ-ın baş sponsorluğu, “Fire League”-nın təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən Şirkətlər Liqası minifutbol turniri start götürüb.

Sports.az xəbər verir ki, 1-ci turun oyunları 11 fevral tarixində baş tutub.

Turnirdə 22 şirkət hər qrupda 11 komanda olmaqla, 2 qrupda mübarizə aparır. 

Xatırladaq ki 2-ci turun qarşılaşmaları 18 fevralda “Yasamal Sportster Arena”da keçiriləcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar