Digər
Yığmamız Türkiyə klubuna məğlub oldu

28.01.2023 | 23:00
Türkiyədə Avropa çempionatına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışında olan Azərbaycanın basketbolçu qızlardan ibarət U-16 millisi növbəti yoxlama oyununa çıxıb.
Sports.az xəbər verir ki, milli komandamız yerli “Ankara TED Kolejliler” ilə qarşılaşıb.
Azərbaycan basketbolçuları parketdən 56:58 hesablı məğlubiyyətlə ayrılıblar.
Xatırladaq ki, komandamız bir gün öncə “Etimesgut Bələdiyyəsi” ilə qarşılaşmada 81:62 hesabı ilə qələbə qazanmışdı.