“Milan” “Real”dan Alexandro Ximenesi alacaq

“Milan”da icarə əsasında çıxış edən, “Real”ın müdafiəçisi Alexandro Ximenes tamhüquqlu əsasda “rossoneri”nin heyətinə qoşulacaq.

Sports.az xəbər verir ki, “Milan” 18 yaşlı ispan müdafiəçinin transferi ilə bağlı “Real”la razılığa gəlib.

“Kral klubu” bu sövdələşmədən təxminən 5 milyon avro məbləğində qazanc əldə edəcək.

Vurğulanır ki, müqavilədə “Real”ın geri satınalma hüququnu təmin edəcək müvafiq maddə də yer alacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar