Millimizə 5 qol vuran ingilislər bu dəfə 7:0 hesabıyla qalib gəldilər

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Sports.az xəbər verir ki, Azərbaycan yığmasının yer aldığı F qrupunda da 2 oyun baş tutub.

Serbiya yığması doğma meydanda Şimali İrlandiya ilə üz-üzə gəlib və 1:2 hesabıyla məğlub olub.

İngiltərə millisi isə doğma meydanda Lüksemburqu 7 cavabsız qolla yenib.

Bu nəticələrdən sonra F qrupundakı turnir cədvəlində vəziyyət belədir:

Ukrayna – 18. İngiltərə – 18. Serbiya – 10. Şimali İrlandiya – 6. Lüksemburq – 4. Azərbaycan – 3.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar